Xəbər lenti

Xəzərdə iki balıqçı yoxa çıxdı
Ölkə08:53 13.02.2015

Xəzərdə iki balıqçı yoxa çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəzər dənizinin Azərbaycan sektorunda iki balıqçı itkin düşüb. 

Qaynar.info Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən Lənkəran rayonunun Nərimanabad kəndi ərazisindən 2 nəfər balıqçı balıq tutmaq məqsədilə dənizə çıxıb.

Lakin balıqçılar geri qayıtmayıb. Bu barədə hüquq-mühafizə orqanlarına və Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinə məlumat verilib.

Daxil olan məlumata əsasən hadisə yerinə xilasedicilər göndərilib.

Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsi axtarış-xilasetmə işlərinə cəlb olunub.

Qaynar.info