Xəbər lenti

Xəzərdə neftçi olduğu ehtimal olunan meyit tapıldı
Ölkə07:17 03.04.2016

Xəzərdə neftçi olduğu ehtimal olunan meyit tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəzərin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Qaynar.info-ya verilən məlumata görə, Azərbaycanın Türkmənistandakı səfirliyindən alınmış məlumata əsasən, 2 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

Bununla əlaqədar meyitin şəxsiyyətinin müəyyən olunması və ölkəyə gətirilməsi üçün aidiyyəti qurumlar məlumatlandırılıb.

Qaynar.info