Xəbər lenti

Xidmət rəisinin BOKT-undan maddi ziyanın ödənilməsi tələb edilir
Ekonomiks 16:18 01.02.2024

Xidmət rəisinin BOKT-undan maddi ziyanın ödənilməsi tələb edilir

"Para" Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti (BOKT) məhkəməyə verilib. 

Qaynarinfo-nun məlumatına görə, ASC barəsində məhkəməyə Heydərova Təranə İslam qızı və  Heydərova Zərifə Alı qızı müraciət edib.

İddiaçılar təşkilatdan "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi"ni tələb edir. 

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Əfsanə Heydərovanın icraatındadır. 
 


Qeyd edək ki, sözügedən BOKT Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyevin ailəsinə məxsusdur. Əvvəllər "Parabank" olan və bağlandıqdan sonra BOKT kimi fəaliyyət göstərən ASC-nin İdarə Heyətinin sədri və sahibi isə xidmət rəisinin atası Eldar Quliyevdir.

Xatırladaq ki, "Para" BOKT 2016-cı ildə lisenziyası ləğv edilmiş "Parabank" ASC-nin bazasında yaradılıb.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->