Xəbər lenti

XİN 260 minlik müqavilə imzaladı - Qabyuyan, ütü, tozsoran alır
Ekonomiks13:52 27.07.2023

XİN 260 minlik müqavilə imzaladı - Qabyuyan, ütü, tozsoran alır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xarici İşlər Nazirliyi (XİN) maşın və avadanlıqların satın alınması ilə bağlı tenderə yekun vurub. 
Qaynarinfo xəbər ki, tenderin qalibi "Caspian Supplies AZE” MMC seçilib. Nazirliklə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 262.737,62 AZN-dir. 
Tenderin şərtlərindən məlum olur ki, XİN qabyuyan maşın, elektrikli izqara, elektrik konvesiyalı soba, professional mətbəx üçün elektrikli soba, isti saxlayan banket arabası, vitrin soyuducu, isti yemək dəzgahı, tozsoran, su nasosu, buxar ütüsü, lazer metrə, kondisioner və fancoil almağı planlaşdırır. 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Caspian Supplies AZE” MMC 8 sentyabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Həzi Aslanov küçəsi, ev 115, mənzil 19-da yerləşir. MMC-nin qanuni təmsilçisi Vahabov Tariyel Tofiq oğludur.
Tariyel Vahabovdan əvvəl şirkətin qanuni təmsilçisi Cümşüdov Zakir Cəlal oğlu olub. Tariyel Vahabov onu 2017-ci ildə əvəzləyib. 
Açıq mənbələrdə nə Tariyel Vahabov, nə də Zakir Cümşüdov barəsində məlumat var. Tariyel Vahabovun adına yalnız "LinkedIn" platformasında rast gəlinir. Onun "Linkedin" hesabında "Caspian Supplies AZE” MMC-nin direktoru olduğu qeyd edilib. 
Seyid