Xəbər lenti

XİN 4 nəfərin adını “qara siyahı”dan çıxardı
Ölkə12:11 23.09.2013

XİN 4 nəfərin adını “qara siyahı”dan çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Xarici İşlər Nazirliyi dörd nəfərin adını işğal olunmuş ərazilərə qeyri-qanuni səfər etmiş şəxslərin adının daxil edildiyi siyahıdan çıxarıb.

Adı siyahıdan çıxarılanlar Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Mitrofanov, “Amerikanın Səsi”nin Moskva bürosunun rəhbəri Ceyms Bruk, Cons Hopkins Universitetinin tələbələri İvan Benoviç və Nikolas Bondradır.

Onlar Azərbaycan hökumətinə müraciət edərək, baş verənlərdən peşmançılıq hissi keçirdiklərini bildiriblər.

Bundan sonra onların adı “qara siyahı”dan çıxarılıb.

Qaynar.info