Sərhədçilər pasportu olmadığı üçün İsveçin xarici işlər naziri Tobias Billströmü Ukraynaya buraxmayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə diepresse.com məlumat
yayıb.
"İsveç baş diplomatı Tobias Billström pasportunu unutduğuna görə Polşa-Ukrayna sərhədindəki "çalışqan məmurlar" onu buraxmayıblar", deyə xəbərdə bildirilib.
Avropa İttifaqı Şurasının xarici siyasət idarələrinin rəhbərləri səviyyəsində keçirilən iclasda İsveçi Xarici İşlər Nazirliyinin dövlət katibi təmsil edib.
Qeyd edək ki, digər Aİ üzvü Macarıstanın XİN başçısı Peter Siyarto əvvəldən görüşdən imtina edib. Latviyanın xarici işlər naziri Krişyanis Karinşi və Polşanın xarici işlər naziri Zbiqnev Raunu koronavirusa yoluxduğu üçün səfərə çıxmayıb.
Aydın
Şərhlər