Xəbər lenti

Xırdalan işıqsız qalacaq
Ölkə08:28 12.01.2017

Xırdalan işıqsız qalacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xırdalan şəhəri və Saray qəsəbəsinin elektrik enerjisi sistemində yanvarın 12-si saat 12:00-dan 15:00-a qədər qısamüddətli fasilələr yaranacaq.

Qaynarinfo.Az xəbər verir ki, bu barədə report-a "Azərişığ"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasiləyə səbəb Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisi olan Hökməli qəsəbəsini elektrik enerjisi ilə təchiz edən 10 kV-luq "Hökməli" hava elektrik verilişi xəttində, Xırdalan şəhərinin bir hissəsini elektrik enerjisi ilə təchiz edən 6 kV-luq "BQF" hava elektrik verilişi xəttində və 6 kV-luq "Saray №2" hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləridir.

Yaranmış narahatçılığa görə, "Azərişıq" ASC abonentlərindən üzr istəyir.

Qaynarinfo.Az