
Abşeron rayonu, Xırdalan şəhərində sərnişin avtobusu yanıb.
Anspress-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, hadisə nəticəsində “MAN” markalı sərnişin avtobusunun arxa təkərləri və salonu qismən yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:55-də söndürülüb.
Qaynar.info