Xəbər lenti

Xırdalanda binanın transformatoru yandı, sakinlər təxliyə edildi (FOTO)
Ölkə05:10 16.01.2023

Xırdalanda binanın transformatoru yandı, sakinlər təxliyə edildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xırdalan şəhərində çoxmərtəbəli binanın zirzəmisində transformator yanıb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektindəki yeni tikilidə baş verib.
Yaşayış kompleksini elektrik enerjisi ilə təmin edən transformartor əvvəlcə tüstüləyib.
Daha sonra cərayan mənbəyi alovlanmağa başlayıb.
Alovun ətrafa keçməsinin qarşısını alınmaq üçün dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
Binaya elektrik enerjisinin verilişi dayandırılıb.
Təhlükəsizlik məqsədilə sakinlər təxliyyə edilib.
Hazırda elektrik enerjisinin verilişinin bərpa edilməsi istiqamətində işlər aparılır.