Xəbər lenti

Xırdalanda maskalı şəxslər peyda olub
Ölkə05:31 04.11.2014

Xırdalanda maskalı şəxslər peyda olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xırdalanda vətəndaşlara hücum edən maskalı şəxslər peyda olub. Bu barədə Axar.az-a daxil olan məlumata görə, artıq bir neçə gündür xüsusilə də qadınlara hücum edən maskalı şəxslər onların əllərində olan çantalarını alaraq qaçır.
Daha çox axşam saatlarında qarətlə məşğul olan şəxslər xüsusilə bloklarda qadınlara hucum edir, qurbanlarına xəsarət yetirməkdən belə çəkinmirlər. Artıq üç bu cür hadisənin baş verdiyi bildirilir.
Məsələ ilə bağlı Abşeron Rayon Polis İdarəsindən Axar.az-a əvvəlcə faktı təsdiqləsələr də, sonra əlavə məlumat əldə etmək istədikdə polis idarəsinin növbətçi hissəsinin Əliyev soyadlı əməkdaşı belə bir hadisənin baş vermədiyini bildirdi. Əlavə etdi ki, bununla bağlı onlara heç bir məlumat daxil olmayıb. 
Qaynar.info