Xırdalanda yaşayış binasında partlayışla müşayiət olunan yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, AAAF parkda yanğın olması barədə "112" qaynar xəttinə məlumat daxil olub.
Nazirliyin Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Əlavə məlumat veriləcək.