Xəbər lenti

Xiyar niyə bahadır? - İqtisadçı səbəbləri açıqlayır
Ekonomiks12:19 20.05.2023

Xiyar niyə bahadır? - İqtisadçı səbəbləri açıqlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
May ayının sonuna az qalıb. Buna baxmayaraq, bazarlarda yay süfrəsinin vazkeçilməz tərəvəzi olan xiyarın bir kilosunun qiyməti 1.10-1.50 manat arasında satılır. Halbuki ötən il may ayının ikinci ongünlüyündə xiyarın 3 kilosu bir manata satılırdı.
Bəs, qiymətlər nə vaxt enə bilər?
İqtisadçı-ekspert Vahid Məhərrəmov Qaynarinfo-ya açıqlamasında bildidrib ki, bu gün Azərbaycan xiyar istehsalı ilə ilə bağlı problemlər yaşayır:
"Bazarda insarçılıq olduğundan cəmi bir topdansatış mərkəzi fəaliyyət göstərir. Topdansatış bazarlarının sayı artırılmalıdır. İmkan verilməməlidir ki, məhsul əldən-ələ keçsin. Əldən-ələ keçdikcə məhsulun qiyməti artır”.
Ekspert hesab edir ki, xiyarın qiymətinin enməsini nə mövsüm həll edir, nə ay, nə də gün: "Bunu inhisarçılar müəyyən edir”.
Vahid Məhərrəmov xiyarın istehsalında azalma olduğunu bildirib: "Bu da tərəvəz istehsalına diqqətin yetirilməməsi ilə bağlıdır. Rusiyada bir hektar istixanadan il ərzində 1500 ton xiyar götürülür. Azərbaycanda isə bu rəqəm 300 tona çatmır. Belə olanda istehsal olunan xiyar baha qiymətə satılacaq. Əgər belə davam edərsə, xiyarın qiymətinin enməsi müşahidə olunmayacaq”.
Bahar Rüstəmli