Yay aylarında hər bir süfrənin təlabat duyduğu xiyarın qiyməti bu günlərdə kəskin bahalaşıb.
Qaynarinfo xəbər verir ki, bir həftə öncə kilosu 70 qəpiyə satılan xiyar bu gün bazarlarda kilosu 1 manat 70 qəpik - 2 manat arasında satılır.
Satıcılar bunun müxtəlif səbəblərlə əlaqələndirib.
Kimi turşu mövsumündə xiyara təlabat artdığını, kimi isə çörəyin qiymətinin bahalaşmasının bir başa kənd təsərrüfatı məhsullarının qiymətinə təsiri ilə izah edib.
Bahar Rüstəmli