Xəbər lenti

Xizək sürərkən ayağını sındıran qapıçı məşqlərə başladı
İdman 20:02 28.08.2023

Xizək sürərkən ayağını sındıran qapıçı məşqlərə başladı

"Bavariya"nın qapıçısı Manuel Noyerdən şad xəbər var.
 
Qaynarinfo-nun məlumatına görə 37 yaşlı təcrübəli qapıçı təxminən 9 aydan sonra məşqlərə başlayıb. Bu barədə klubun sosial media hesabından paylaşım edilib. Alman qapıçının fərdi məşqlərə başladığı bildirilib.

Ötən ilin dekabrında xizək sürərkən ayağını sındıran Noyer o vaxtdan sonra meydanlara çıxa bilmirdi. 

Ancaq qolkiperin nə vaxt oynayacağı bəlli deyil.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->