
Bu il də faciə qurbanlarını yad etdik.İl boyu meyxanaçıları, səsdən başqa hər şeyi olan “manıs”ları təbliğedən televiziyalar qaralar bağlayıb yas tutdular. Ürəkləri xalqımızladöyündü, dünya birliyini- “altun dünyası”nı, “möhtəris fahişə”niədalətsiz olmaqda suçladılar. Ən çox da “ANS”in ürəyi çırpınırdı.Neyləsinlər, tarix boyu çörəkləri müharibədən çıxıb.
Fevralayının 26-sı istedadlı qardaşımız Ayvaz Əlləzoğlunun və həyatyoldaşının vəfatının ikinci ildönümü idi. Ayvaz bəyin övladlarınınməskunlaşdığı yataqxanaya getdik. Mərhum qardaşımızın bacıları ehsanverirdilər.
Tiflisdə ali təhsil almışdı. Elçibəydönəmində və ondan bir az sonra Prezident Aparatında çalışmışdı.Müxtəlif jurnallarla, qəzetlərlə əməkdaşlıq etmişdi. Axırıncı iş yeribir “Tərcümə mərkəzi” idi. Gürcü dilindəki mətnləri Azərbaycantürkcəsinə çevirirdi. “Ulduz” jurnalının baş redaktoru olmalıykən,“Azərbaycan” jurnalına rəhbərlik etməliykən, Azərbaycan YazıçılarBirliyindən diqqət və qayğı görməliykən…
Beş-üç qəpikdənötrü tərcümələr edirdi. Üç övladını saxlamaqdan ötrü canına cəfabasırdı. Uşaqların təhsil haqqı dərdiylə özünü oda-közə vururdu.
Əgərbir insanın ömrü boyu haqqı əlindən alınarsa, istedadda özündəndəfələrlə az olanlar başa çəkilib o “görməzdən gəlinərsə”, o istedadlıadam dözər, dayanar, tab gətirər…Və günlərin birində ürəyini tutar.
***
YaxınlardaŞaiq Vəlini itirdik. Olduqca orijinal şair, gözəl insan, mərdlik,kişilik simvolu! Qorki adına ədəbiyyat institunu bitirmişdi.“Azərbaycan”qəzetində çalışmışdı. Son illərin ən fərqli şairlərindən idi:
- Gün batır, qəmli qürub…
Aramızda dağlar durub…
Dünya qürbət, mən qərib -
Qəriblik əzizlikdir.
Baxbu misraların müəllifinə Fikrət Qoca deyirdi ki, “Şaiq Vəli ortababşairdir”. Fikrət Qoca haa, Fikrət Qoca!, “payız gəldi, uçdu getdiquşlar”ın Fikrət Qocası!
Şaiq balalarını başına yığıbYazıçılar Birliyində aksiya keçirəndə təəssüf ki, ona tənə edənləriniçində qələm adamları(?) da var idi. Şaiq övladlarını dolandırabilmirdi. Gündəlik məişət qayğılarının içində boğulurdu. Xəstəliyininüstünə vaxtında düşə bilmirdi. Ol səbəbdən polad kimi adam gözümüzünqabağında əridi getdi.
Bəlkə, Akif Səmədi deyim?!Dostları onu AYB-nin qurultayında “ədəbi generallar”ın qarşısında təkqoymadımı? Ürəyini tutub Sahil Bağı”nda yıxılmadımı?!
Xocalıda, Şuşa da, Qarabağ da insanları ilə qiymətlidir. İnsana qiymətverməsək, yazıçımızı, şairimizi qayğı və ehtiyac bataqlığına itələsək, otorpaqları necə qaytara bilərik?!
Bir dəfə ustadFəxrəddin Salimlə cəmiyyətdəki mənəvi aşınma barədə söhbət edirdik.Dedim ki, “Fəxrəddin bəy, mətbuatda, internetdə, çayxanada-meyxanadasöhbətlər aparmalıyıq. Bacardıqca çox adam xilas etməliyik.” Fəxrəddinbəy ömrüm boyu unutmayacağım bir cavab verdi:
-Bacardıqca çox adam yox, bir adamı bacardıqca çox xilas etməliyik!
Torpağa münasibət fərdlərə-insana münasibətlə ölçülür, Vəssəlam!
Zəruriqeyd: Xocalı faciəsi barədə “Xoca” filmi çəkirlər. Görün bu adamlar nəqədər duyğusuz, hadisənin mahiyyətindən xəbərsizdirlər ki, o boydafaciəyə münasibətdə belə söz oynatmaq mərəzindən əl çəkmirlər. Beləadamlar ölkəni necə işığa çıxara bilərlər?!