Xəbər lenti

Xocalı şəhəri içməli su ilə necə təmin edilir?
Ölkə10:59 02.05.2025

Xocalı şəhəri içməli su ilə necə təmin edilir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xocalı şəhərinin əhalisi içməli su ilə şəhər ərazisində olan 2 subartezian quyu və Badara kəndindən çəkilmiş magistral su kəməri ilə təmin olunur.
Bu barədə Trend-in sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, Badara kəndindən gələn su 2 ədəd 500 kubmetrlik su anbarına yığılır və özüaxımı ilə əhaliyə çatdırılır.
"Subartezian suyu xlorator qurğusu ilə təmizlənir əhaliyə çatdırılır. Əhali 24 saat keyfiyyətli içməli su ilə təmin olunur”,-deyə məlumatda qeyd olunub.