Xəbər lenti

Xocalı səsverməsi: 100 min oldu! (YENİLƏNİB)
Ölkə07:48 19.02.2013

Xocalı səsverməsi: 100 min oldu! (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağ Evin rəsmi saytında Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan torpaqlarının 20 faizinin işğalına diqqət yönəltmək məqsədi ilə yerləşdirilən petisiyada səslərin sayı 100 minə çatıb.

APA-nın məlumatına görə, bundan sonra bu barədə Ağ Ev administrasiyasına müraciət göndəriləcək və ABŞ rəhbərliyin hər hansı formada bu müraciətlə bağlı açıqlama verməsi gözlənilir.
 
Qeyd edək ki, petisiya üçün səslərin toplanmasının son bitmə tarixi 22 fevral idi.
 
Daha öncə Ağ Evin rəsmi saytında “We the people” (Biz xalqıq) bölməsində Xocalı faciəsi ilə bağlı yerləşdirilən petisiya da vaxtından əvvəl kifayət qədər - 100 min səs toplanmışdı. Buna baxmayaraq, hazırda səslərin verilməsi prosesi davam edir.

Qaynar.info