Ölkə 15:52 06.12.2022

Xocavənd xəstəxanasına yeni direktor təyin edildi

Xocavənd Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.
 
Qaynarinfo xəbər verir ki, Nəbiyev Canəli Xanəli oğlu bundan sonra fəaliyyətini orada davam etdirəcək.

Qeyd edək ki, Nəbiyev Canəli Xanəli oğlu 01.01.1972-ci ildə Göyçə mahalının Zərkənd kəndində anadan olub. 1979-cu ildə həmin kənddə I sinifə gedib, 1988-ci ildən təhsilini Bakı şəhəri 5 saylı Kimya-biologiya təmayüllü internat məktəbində davam etdirib. 1990-cı ildə Azərbaycan Tibb Universitetinə daxil olub. 1996-ci ildə Pediatriya fakültəsini bitirib. 1996-1997-ci illərdə M.Nağıyev adına TTYX-da həkim-interna olub. 1997-2001-ci illərdə Müdafiə Nazirliyində hərbi həkim kimi çalışıb. 2001-ci ildən 2014-cu ilə qədər 3 saylı Bakı şəhər Klinik Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq, Qan köçürmə şöbəsində müdir vəzifələrində çalışıb. 

2015-2022-ci illərdə Tibb Universitetinin Cərrahi Klinikasında əməliyyat blokunun müdiri vəzifəsində çalışıb.