Xəbər lenti

Xolostenkodan qələbə, Əlizadə yarımfinala vəsiqə qazandı
İdman10:22 15.09.2022

Xolostenkodan qələbə, Əlizadə yarımfinala vəsiqə qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Serbiyanın Subotitsa şəhərində gənc boksçular arasında beynəlxalq turnirə start verilib. 21 ölkədən 189 idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü mərhələ adlayıb.
Daniel Xolostenko (71 kq) 1/8 final mərhələsində Anke (Hindistan) ilə qarşılaşıb. Gərgin keçən döyüş boksçumuzun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda fransalı Mobir Trbiçə üz-üzə gələcək. Qarşılaşma sentyabrın 16-da olacaq.
Səbuhi Əlizadə (+92 kq) də turnirə qələbə ilə başlayıb. 1/4 final mərhələsi çərçivəsində Mikita Maliuta (Ukrayna) ilə döyüşən boksçu rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Əlizadə yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edib. O, finala gedən yolda qazaxıstanlı İvan Yermolenkonu sınağa çəkəcək. Döyüş sentyabrın 17-də keçiriləcək.
Yarışda bu gün 3 boksçumuz mübarizəyə qoşulacaq. Turnirin qaliblərinin adına isə sentyabrın 18-də aydınlıq gələcək.
Səbuhi Həsənov