
Xorvatiya Futbol Federasiyası (XFF) dünən azarkeşlərinin Azərbaycana getməməsi üçün qərar çıxarıb. Ümumiyyətlə, xorvat azarkeşlər seçmə mərhələnin son 3 səfər matçında komandalarını dəstəkləyə bilməyəcəklər.
Qaynar.info xəbər verir ki, sentyabrın 3-də Azərbaycan, sentyabrın 6-da Norveç və oktyabrın 13-də Norveçlə səfər oyunları üçün xorvat azarkeşlərin bu 3 ölkəyə getməsinə qadağa qoyulub.
Buna səbəb iyunun 12-də Xorvatiya - İtaliya oyunu zamanı yerli azarkeşlərin nasist simvolunu əks etdirən svastikadan (böyük işıqlandırıcı vasitə) yararlanmasıdır. İtaliya Futbol Federasiyasının UEFA-ya şikayəti nəticəsində həmin oyunun keçirildiyi Split şəhərinin "Polyud" stadionunda tsiklin sonunadək matç keçirilməməsi qərara alınıb. Bundan başqa, UEFA-nın İntizam Komitəsi XFF-nı 100 min avro cərimələyib və 2 ev oyununu azarkeşsiz keçirmək haqda qərar qəbul edib. Məhz bu üzdən XFF xuliqanların qarşısını almaq üçün belə addım atmağa qərar verib.
Qeyd edək ki, martın 28-də Xorvatiya - Norveç matçı zamanı da yerli azarkeşlər qonaq komanda əleyhinə ədəbsiz şüarlar səsləndirdiyi üçün XFF cəzalandırılmışdı.
Qaynar.info