Xəbər lenti

Xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi prosesinə başlanılır
Ekonomiks18:50 28.02.2025

Xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi prosesinə başlanılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Dəniz və Liman Agentliyində (DDLA) aparılan islahatların tərkib hissəsi olaraq bu ilin 3 mart tarixindən etibarən xüsusi hazırlıq şəhadətnamələrinin kurslarda iştirak etmədən yenilənməsi ilə bağlı müraciətlərin qəbulu "Bakı KOB evi”ndə həyata keçiriləcək. 
Qaynarinfo xəbər verir ki, sənədlərin qəbulundan dərhal sonra dənizçilərə xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi üzrə Dövlət Dəniz və Liman Agentliyində təşkil olunacaq imtahanların tarixi ilə bağlı məlumat veriləcək.
Məlumat üçün bildiririk ki, xüsusi hazırlıq şəhadətnamələri üzrə imtahan sualları və düzgün cavablar Agentliyin veb-saytında yerləşdirilib.