Xəbər lenti

Xüsusi icazə tələb edən əşyaların siyahısına dəyişiklik - FƏRMAN
Ölkə12:39 26.07.2015

Xüsusi icazə tələb edən əşyaların siyahısına dəyişiklik - FƏRMAN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb. 
Lent.az-ın məlumatına görə, xüsusi icazə ilə dövriyyəyə buraxılan əşyaların siyahısına aşağıdakı məzmunda 16-cı bənd əlavə edilib:
16. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsulları
Qaynar.info