Xəbər lenti

Xüsusi virus qadınlarda insultdan ölüm riskini 6 dəfə artıra bilər
Sağlamlıq 19:43 08.02.2024

Xüsusi virus qadınlarda insultdan ölüm riskini 6 dəfə artıra bilər

İnsan papillomavirusuna (HPV) yoluxmuş qadınlarda ürək-damar xəstəlikləri ilə əlaqəli ölüm riski dörd dəfə yüksəkdir. 

Qaynarinfo xəbər verir ki, bunu "European Heart Journal” (EHJ) jurnalında dərc olunan araşdırma göstərir.

HPV cinsi yolla ötürülən ümumi bir infeksiyadır. HPV-nin yüksək riskli suşları uşaqlıq boynu xərçənginin demək olar ki, bütün hallarına cavabdehdir. Əvvəlki tədqiqatlar HPV-nin damarlarda lövhə meydana gəlməsinə də kömək edə biləcəyini göstərib.

Yeni iş tədqiqatın əvvəlində ürək-damar xəstəliyi olmayan 163.000 gənc, orta yaşlı koreyalı qadının məlumatlarını təhlil edib. Onlar HPV-nin 13 ən təhlükəli ştamı üçün sınaqdan keçirilib. Daha sonra orta hesabla 8,5 il bir-iki ildən bir həkimə baş çəkiblər.

Ölüm riski ümumiyyətlə aşağı olub: hər 100.000 nəfərə 9,1, gənc, sağlam qadınlar üçün gözlənilən nəticə olub. Bununla belə, HPV-nin yüksək riskli ştammına yoluxmuş qadınlarda damarların daralması ehtimalı təxminən 4 dəfə, ürək xəstəliyindən ölüm halları 3,74 dəfə və insultdan ölmə ehtimalı təxminən 6 dəfə çox olub. HPV və piylənmə olan qadınlar xüsusilə həssasdır.

Alimlər hesab edirlər ki, ürək-damar sağlamlığı ilə HPV arasında əlaqə virusun bədəndə iltihabı artırma qabiliyyəti ilə bağlıdır. Onlar oxşar təsirlərin kişilər üçün mümkün olduğunu təklif edirlər, lakin bunu yalnız əlavə araşdırmalar sübut edə bilər.

"Siqaret, yüksək xolesterin, hipertoniya və diabet də daxil olmaqla ürək xəstəlikləri üçün tanınmış risk faktorları ilə mübarizədə nəzərəçarpacaq irəliləyişlərə baxmayaraq, ürək-damar xəstəlikləri hələ də ölümün əsas səbəbidir. Maraqlıdır ki, ənənəvi risk faktorları ürək xəstəliklərinin bütün hallarını izah etmir: təxminən 20% bu problemləri olmayan insanlarda baş verir. Bu, digər idarə oluna bilən risk faktorlarının araşdırılması zərurətini vurğulayır”, deyə müəlliflər qeyd ediblər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->