
"Nəhayət ki, hakimiyyət tərəfindən qurulmuş və çoxdan həyata keçirilməli olan hadisə baş tutdu. Hansısa sirli bir qüvvə bu işin baş tutmasına imkan vermirdi. Onların səbr kasası daşdı və mənim həbs olunmağım barədə qərar qəbul etdilər.
Mən özümü buna çoxdan hazırlamışdım. 2012-ci ilin yazında Taleh Qaraşov Lənkəran rayon İcra hakimiyyətinin başçısı təyin edildikdən sonra bu fikrin reallaşması xüsusilə asanlaşdı. Həmin məmurun avtobioqrafiyası onun keçmiş komsomol işçisi olmasından ibarətdir. Bizim müxalif təcrübəmiz sübut edib ki, başqa cür düşünən insanların içində bu ən arzuolunmaz tipdir. Hərçənd mən özüm 1990-cı ilin 20 yanvarına qədər komsomol olmuşam. Amma bu fakt heç cür keçmiş komsomol işçiləri, indiki icra hakimiyyəti fenomenini ifşa etməyə yetmir. Yəqin ki, funksioner komsomollara nəsə xüsusi bir şeyi quş qoymaq üçün öyrətmirdilər. Bu “xüsusi bir şey”ə görə onlara siyasi rəqibləri ilə mübarizədə nə hüquqi, nə mənəvi, nə də “mentalitet” adlandırılan çoxmənalı söz baxımından heç bir məhdudiyyət yoxdur. Əgər sizin icra hakiminiz keçmiş komsomol işçisidirsə, hər növ provakasiyaya hazır olun. Onların “vuran əli” cəmiyyətin ən “dibə batmış” nümayəndələridir – narkomanlar, fahişələr, əyyaşlar, “növbətçi” xəbərçi-şahidlər, priton sahibləri.
Cəmiyyətin dibə batmış nümayəndələri ilə T.Qaraşovun siyasi birliyi bütün rəngarəngliyi ilə bu ilin yanvarında üzə çıxmışdı. Məhz bu dibə çökmüş insanlar Lənkərana səfər edərkən Müsavat partiysının başqanı İsa Qəmbərə hucum etmişdilər. Daha sonra həmin insanlardan “El” hərəkatına qarşı və nəhayət AXCP-yə qarşı istifadə olundu.
İcra hakimi və dibə batmış insanların bilikdə çox gözəl işləyirdilər. İnsanda elə təəssürat oyanırdı ki, sanki, onlar bir-biri üçün yaranıb. Mənim həbsim barədə qərar qəbul edilsə onların köməyə çağırılacaqlarını anlamaq çətin deyildi. Belə də çıxdı.
25 iyun çayxanada iki nəfər tanışımla çay içərkən tanımadığım insanın bizə yaxınlaşmasında işlərin yerində olmadığını anladım. İyun ayında uzunqol köynəyi ya dindarlar geyinir (özümdən asılı olmayaraq belə müqaisə apardığıma görə üzr istəyirəm) ya da iynələrin yerini gizlətmək üçün narkomanlar. Birinci variantı təyin etmək mümkün olmadığı üçün, təkcə ikinci variant qalırdı. Uzunqol köynəkdə olan şəxs bildirdi ki, Qüdrət adlı bir müxalifətçi onlardan hansısa müxalif partiyaya üzvlük vəd edərək pul alıb, amma vədini yerinə yetirməyib və pulu da qaytarmayıb. Onların danışdıqları iki səbəbdən həqiqətə uyğun deyildi:
1. Uzunqol köynəkli şəxs artıq pulu olan və bu pulla asanlıqla vidalaşan adama bənzəmirdi.
2. Bizim nəslin böyük əksəriyyəti siyasi partiyaların üzvlərinə sadiq olmaları və fədakarliqlarına görə pul ödənildiyini düşünürlər. Buna görə uzunqollunun dedikləri mənim onun provokator olması barədə düşüncələrimi doğrultdu. Mənim iki həmsöhbətim ona bu məsələnin bizimlə əlaqədar olmadığını, hətta söhbətin kimdən getdiyini bilmədiyimizi başa salmağa çalışdı. Amma bizim arqumentlər tennis topunun divara dəyib qayıtması kimi ona təsir etmirdi. O bütün müxalifəti söyəndə girişdən sonrakı əsas hissənin başlayacağını anladıq. Provokasiyaya gəlməmək üçün bizim bir yolumuz var idi – getmək, belə də etdik. Ancaq uzunqollu bizdən əl çəkmirdi və 150-200 metr məsafəni arxamizca gəldi. Haqqını vermək lazımdır, bizim onu döyməmiz və ona vəd olunanı almaq üçün əlindən gələni etdi. Amma mən də müxalifətdə yeni deyiləm və xeyli provakator görmüşəm. Buna görə də o, sağ-salamat qaldı.
Sonra baş verənlər haqda KİV-dən məlumatlanmısınız. Gecənin bir yarısı demək olar ki, bütün xəbər saytlarına uzunqollunun “döyülmək izləri” ilə şəkilləri göndərilmişdi. Şəkillərin keyfiyyəti çox aşağı səviyyədə idi, ona görə də onun həqiqətən döyüldüyünü və ya qrimləndiyini aydınlaşdırmaq mümkun deyildi. Şəkilə Qarabağ veteranını qəddarcasına döydüyüm üçün mənə qarşı cəmiyyətin şikyət ərizəsi də əlavə olunmuşdu. Bəzi KİV-lər məlumatı yayımlanmasindan imtina etdilər. Bəzi müstəqil KİV-lər bu ərizəni provakasiya kimi qiymətləndirdilər. Ancaq hakimiyyət KİV-ləri bu informasiyani böyük məmnuniyyətlə yaydılar. Hətta dövlət agentliyi Azərtac da məsələnin siyasi olduğunu əsas gətirib məlumatı yaydı. Əgər adi xuliqanliqdan söhbət getsəydi, Azərtac eyni cür hərəkət etməzdi.
26 iyun səhər-tezdən mənim qapımın önündə polis məmurları göründü və növbəti günun ikinci yarisina kimi məni izlədilər. 27 iyun mən Lənkəran polisinə dəvət olundum və istintaqdan sonra saxlanıldım. 29 iyun məhkəmə mənim haqqımda AR CM-nin 221.3 – cü maddəsi ilə həbs qətiimkan tədbiri qəbul etdi. Deyilənə görə, mən uzunqollunun üzünə telefon ilə vurmuşam və burada telefon soyuq silah sayılır.
Bundan sonra mənə telefon şirkətlərinə yeni modellər üçün təşəkkür etmək qalırdı. Mənim “Erikson-628” markalı telefonumu soyuq silah kimi qələmə vermək çətindir. Son olaraq bir detalı diqqətinizə çatdırmaq istəyirəm. Hərçənd bizim reallıqda bununla heç kimi təəccübləndirmək olmaz, amma qeyd eləmək yerinə düşər. Lənkəranda olanda məhkəmə zalına getmək istəyərkən nəzarətçi məhbuslardan birinə yaxınlaşıb Kürdəxanıya getmək üçün hazırlanmağı tapşırdı. Oğlan üçün bu tamamilə gözlənilməz idi.
Məhkəmədən sonra geri qayıdarkən məlum oldu ki, mənim əşyalarım eskortluq üçün avtomobilə yığılıb. Həmçinin aydın oldu ki, həmin oğlan mənim yol yoldaşım seçilib. Başqa sözlə, mənim təcili köçürülməyim məhkəmədən əvvəl təyin olunmuşdu.
Nə etmək olar... Bizim məhkəməyə, dünyanın ən humanist məhkəməsinə eşq olsun!
Fürsətdən istifadə edib mənə qarşı olan qanunsuzluğa etiraz edən, mənim haqqımı müdafiə edən hər kəsə təşəkkür edirəm.
Xüsusilə də Müsavat partiyasına və ailəmə.
Qələbə bizimdir!"
Müsavat.com