Xəbər lenti

Yadigar Sadıqova hökmdən şikayət verildi
Ölkə14:30 29.01.2014

Yadigar Sadıqova hökmdən şikayət verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vəkil Xalid Bağırov yanvarın 28-də Bakı İstintaq Təcridxanasında müsavatçı məhbus Yadigar Sadıqovla görüşüb.

“Media forum” saytına danışan vəkil deyib: “Yadigar Sadıqovun saxlanma şəraitindən narazılığı yoxdur. Səhhəti yaxşıdır, əhvalı yerindədir”.

Vəkil onu da deyib ki, yanvarın 28-də apellyasiya instansiyasına Yadigar Sadıqovun işi ilə bağlı şikayət verilib.

Müsavat başqanının müşaviri Yadigar Sadıqovu ötən il iyunun 27-də tutulub. Bu il yanvarın 13-də 6 il müddətinə azadlıqdan məhrum edilib. O, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda təqsirli bilinib. Hökmü Lənkəran Rayon Məhkəməsi çıxarıb.

Qaynar.info