Xəbər lenti

Yağıntılar bahalaşma üçün əsas deyil - Ekspert
Ekonomiks08:01 05.07.2023

Yağıntılar bahalaşma üçün əsas deyil - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yağıntılı hava şəraiti ilə əlaqədar bəzi kənd təsərrüfatı məhsullarının yığımında problemlər yaranacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib. 
Onun sözlərinə görə, mövsümü meyvələrin və kənd təsərrüfatı məhsullarının əksəriyyətini yağış, sel suları vurub: 
"Amma buna baxmayaraq, hesab edirəm ki, əhəmiyyətli qıtlıq baş verməyəcək. Hava şəraiti kartof, soğanın qiymətinə mənfi təsir göstərəcək. Bunun da səbəbi yağıntılı hava şəraitində sahələrdən həmin məhsulların yığılmasının çətinləşməsidir”. 
Eyyub Kərimli yağıntıların qısa çəkdiyini xatırladıb: 
"Ona görə də əhəmiyyətli qıtlığın baş verməsi gözlənilmir. Əgər, yağıntılar davam etsə kənd təsərrüfatı məhsullarının qiymətində müəyyən bahalaşma müşahidə edəcəyik ”. 
Bahar Rüstəmli