Xəbər lenti

Yağıntılı hava nə vaxtadək davam edəcək?
Ölkə16:21 05.06.2026

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 9-dək davam edəcəyi gözlənilir.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.