Xəbər lenti

Yağış sabah da davam edəcək
Ölkə09:17 28.09.2016

Yağış sabah da davam edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo.Az-a verilən məlumata görə, paytaxtda və yarımadada arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 15-17° isti, gündüz 18-22° isti olacağı gözlənilir. Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntılarda qısamüddətə fasilə yaranacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 11-16° isti, gündüz 19-24° isti,dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti olacağı gözlənilir. 

Qaynarinfo.Az