Xəbər lenti

Yalçın Rzazadə xəstəxanadan evə buraxıldı
Ölkə10:09 11.07.2019

Yalçın Rzazadə xəstəxanadan evə buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səhhətində yaranan problemlərə görə Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti, müğənni Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Report"a xəstəxanadan məlumat verilib.
"Yalçın Rzazadə ambulator müayinəyə götürülüb. O, müayinə olunduqdan sonra evə buraxılıb. Vəziyyəti normaldır", deyə Mərkəzi Dənizçilər Xəstəxanasından bildirilib.
Qeyd edək ki, 73 yaşlı Y.Rzazadə səhhətində yaranan problemlərlə əlaqədar ötən gün Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilmişdi.