Xəbər lenti

Yağmurlu hava şəraiti nə vaxta qədər davam edəcək?
Ölkə06:17 17.10.2017

Yağmurlu hava şəraiti nə vaxta qədər davam edəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Yağışlı hava şəraiti bu gün axşamadək davam edəcək”.

"Qaynarinfo" xəbər verir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi, oktyabr ayının 16-sı gündüz saatlarından başlayaraq 17-si səhərədək ölkə ərazisində hava şəraiti dəyişib, qeyri-sabit keçib: “Arabir yağış yağıb, bəzən intensiv olub”.

G.Məmmədovanın sözlərinə görə, belə hava şəraiti oktyabrın 17-si axşamadək davam edəcək: “Oktyabrın 18-19-da ölkə ərazisində hava şəraiti gün ərzində nisbətən sabitləşəcək və əsasən, yağmursuz keçəcək”.

Mütəxəsssis qeyd edib ki, sabahdan etibarən havanın temperaturu tədricən yüksələcək: “Yəni, temperaturun 2-3 dərəcə qalxma ehtimalı var”.

Qaynarinfo.Az