Xəbər lenti

Yanvar-fevral aylarında vergi daxilolmaları 25,2 faiz artdı
Ekonomiks18:20 18.03.2022

Yanvar-fevral aylarında vergi daxilolmaları 25,2 faiz artdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2022-ci ilin yanvar-fevral aylarında vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 faiz artaraq 1 milyard 830,4 milyon manat təşkil edib və proqnoz 108,7 faiz səviyyəsində icra olunub.
Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 41,8 faiz artaraq 1 milyard 398,8 milyon manat olub və proqnoz 108,7 faiz səviyyəsində yerinə yetirilib.
Daxilolmaların 76,4 faizi qeyri-neft-qaz sektorunun payına düşüb.