Ölkə 10:42 08.09.2022

YAP-dan ayrıldı, AzTV-də işə başladı

Bir müddət əvvəl hakim Yeni Azərbaycan Partiyası (YAP) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən ayrılan Elməddin Quliyev bundan sonra Azərbaycan Televiziyasında (AzTV) çalışacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Elməddin Quliyevin özü bildirib.

"Artıq bu gündən doğma kollektivim Azərbaycan Televiziyasındayam. Daim yenilənən AzTV-də görülən işlərin tərkib hissəsi olmağa çalışacağam”, deyə Elməddin Quliyev yazıb.

Xatırladaq ki, Elməddin Quliyev YAP-dakı vəzifəyə gəlməzdən əvvəl də AzTV-də çalışmışdı. O, uzun müddət Dövlət Statistika Komitəsinin mətbuat katibi vəzifəsini tutub.