Şotlandiya Premyer Liqasında iki əzəli rəqib "Reyncers"lə "Seltik" arasında irqçilik qalmaqalı yaşanıb.
Qaynarinfo xəbər verir ki, "Reyncers" tərəfdarlarının rəqib komandanın yaponiyalı futbolçusu Kyoqo Furuhaşini irqçi sözlərlə təhqir etməsi böyük əks-səda doğurub.
Sosial mediada sürətlə yaylan həmin anların görüntüləri Şotlandiya və Yaponiyada sərt reaksiyalara səbəb olub. Bunun ardından sözügedən klub rəsmi açıqlama yayaraq həm Furuhaşidən, həm də "Seltik"dən üzr istəyib. Bununla yanaşı təzahüratlara qoşulan tərəfdararın müəyyənləşdirildiyi və tribunalara ömürlük buraxılmayacağı da qeyd olunub.
Bu komandalar avqustun 29-da Premyer Liqanın 4-cü turu çərçivəsində üz-üzə gələcək.
Səbuhi Həsənov