Siyasət 21:01 26.09.2022

Yaponiya konsulu Rusiyada "casusluq"da ittiham edilərək saxlanıldı

Rusiyada Yaponiya konsulu Motoka Tatsunorinin "casusluq" iddiası ilə saxlanıldığını elan ediblər. Diplomatik kanallar vasitəsilə Yaponiya tərəfinə etiraz edilib, konsulun özü isə persona non-qrata elan edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna RİA Novosti-yə istinadən məlumat yayıb 

"Konsul Rusiyanın Asiya-Sakit okean regionu ölkələrindən biri ilə əməkdaşlığının cari aspektləri, Qərbin sanksiyalar siyasətinin Primorsk diyarının iqtisadi vəziyyətinə təsiri barədə pul müqabilində istifadəsinə məhdudiyyət qoyulmuş məlumat alarkən cinayət başında yaxalanıb”, – nəşr yazır.

RBC-nin məlumatına görə, yapon konsul FSB tərəfindən Vladivostok şəhərində saxlanılıb.

Nizami Bağırov