Xəbər lenti

“Yaquar” ləqəbli Qarabağ veteranı binadan yıxılaraq vəfat edib
Ölkə15:54 24.10.2017

“Yaquar” ləqəbli Qarabağ veteranı binadan yıxılaraq vəfat edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün günorta saatlarında Bakıda ölüm hadisəsi baş verib. 
"Qaynarinfo"nun qafqazinfo-ya istinadla verdiyi xəbərə görə, hadisə Səbail rayonu, "Oksford” məktəbi ilə üzbəüz yerləşən hərbçilərin yaşadığı binada qeydə alınıb.
Qarabağ müharibəsi iştirakçısı, II qrup əlil, 1957-ci il təvəllüdlü Hüseynov Əlihüseyn Ələsgər oğlu binanın üstündən yıxılaraq yerə düşüb və hadisə yerindəcə vəfat edib.
Onun binanın damına su çənini düzəltmək üçün çıxdığı bildirilir. Qeyd edək ki, Əlihüseyn Hüseynov müharibədə kəşfiyyatçı olub, qəhrəmanlıqlarına görə ona "Yaquar” ləqəbi verilib. Hüseynovun yaşadığı bina Müdafiə Nazirliyinin balansındadır, mənzil ona dövlət tərəfindən verilib. 
Qaynarinfo.Az