Xəbər lenti

Yaralı əsgərimiz vətənə döndü
Ölkə14:26 29.11.2014

Yaralı əsgərimiz vətənə döndü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində düşmənin təxribat cəhdinin qarşısını alarkən yaralanan, sonradan müalicəsini davam etdirmək üçün Türkiyəyə yola salınan hərbçilərdən biri bu gün Bakıya qayıdıb.
APA-nın məlumatına görə, Ədalət Məmmədovu Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri və əsgərin yaxınları qarşılayıblar.
Qeyd edək ki, düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlər Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da müalicə üçün Türkiyəyə yola salınıblar.
Əsgərlərin müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) öz üzərinə götürüb. E.Əsgərov noyabrın 1-də müalicəsini başa vuraraq Azərbaycana qayıdıb.
Qaynar.info