Xəbər lenti

Yaralı hərbçilər müalicə üçün Türkiyəyə göndərilir
Ölkə14:25 08.08.2014

Yaralı hərbçilər müalicə üçün Türkiyəyə göndərilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlərdən 3-ü müalicə üçün Türkiyəyə aparılır.

“Qafqazinfo”nun məlumatına görə, əsgərlərin müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) üzərinə götürüb. Yaralı əsgərlərin Türkiyəyə sabah aparılması planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qaynar.info