Xəbər lenti

Yaşadığı evi adına keçirmək istədi, dələduzluqla üzləşdi
Ölkə 13:57 02.10.2025

Yaşadığı evi adına keçirmək istədi, dələduzluqla üzləşdi

Bakıda yaşadığı evi öz adına keçirmək istəyən şəxs dələduzluqla üzləşib. 

Qaynarinfo-nun məlumatına görə, S.R.-ya qarşı dələduzluq əməlini ailəvi dost olduğu şəxsin oğlu törədib. 

S.R. yaşadığı evi öz adına keçirmək üçün ailəvi dost olduğu A.İbadova müraciət edib. A.İbadov isə bu işdə ona oğlu R.İbadovun kömək edə biləcəyini bildirib. 

S.R. R.İbadovla görüşüb və problemini ona bildirib. R.İbadov məsələni həll edəcəyini, lakin bunun üçün pul lazım olduğunu deyib. S.R. onunla razılaşıb. R.İbadov zərərçəkmişdən 6100 manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib. 

S.R. hüquq-mühafizə orqanlarına şikayət edib. R.İbadov saxlanılıb və daha sonra ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. 

Cinayət işinə Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə baxılıb. R.İbadov məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilib. 

Məhkəmə zamanı aydın olub ki, zərərçəkmişə dəymiş ziyan ödənilib. Lakin S.R. təqsirləndirilən şəxslə barışmadığını deyib. O. bildirib ki, mənəvi zərərin ödənilməsi barədə iddia qaldıracaq.

Hakim Teymur Həsənovun çıxardığı hökmə əsasən, R.İbadova 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun ev dustaqlığında saxlanıldığı 3 ay 26 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 7 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->