Xəbər lenti

Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı (VİDEO)
Video 11:18 26.04.2024

Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı (VİDEO)

Yasamal rayonunda tikili və obyektlərin fasadlarında alüminium kompazit panellərin (alkopanların) söküntüsü işlərinə başlanılıb. 

Bu barədə İqtisadiyyat.az-a rayon ərazisində fəaliyyət göstərən bir qrup iaşə müəssisələrindən məlumat daxil olub. 

Qeyd edilib ki, Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri tikili və obyektlərin sahiblərinə və icarədarlarına fasadlarda, reklam lövhələrində alkapon materiallı üzlüklərin sökülməsi ilə bağlı tapşırıq verib.

Artıq bir çox böyük marketlərin fasadında alkapon üzlüklər RİH əməkdaşları tərəfindən sökülüb. 

Alkapon üzlüklərin söküntüsü ilə bağlı verilən qərarın səbəbi məlum deyil. 

İqtisadiyyat.az məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışıb. Gün ərzində dəfələrlə edilən zənglərə baxmayaraq, telefonumuza cavab verən olmayıb. 

Qeyd edək ki, alkopan materiallar odadavamlıdır.

Azərbaycanda alkopan materiallar Sumqayıt Texnologiya Parkının (STP) 2014-сu ildən fəaliyyət göstərən Sendviç Panelləri Zavodunda istehsal olunur. Zavod Cənubi Koreyanın "U-lim Co” şirkətinə məxsus avadanlıqlarda digər məhsullarla yanaşı odadavamlı alüminium kompazit panel (alkopan) istehsal edir. Alkaponun üstünlüyü onun oda davamlı, sərt, yüngül, estetik görünüşə malik, eləcə də pis hava şəraitinə qarşı yüksək müqavimətinin olması və sürətli və asan montaj edildiyi üçün tikintidə az əziyyət tələb etməsidir. 

Alüminium kompozit panelin tətbiq olunduğu məkanlar aşağıdakılardır:

Xarici və daxili cəbhə örtmələri
Alış-veriş mərkəzləri, otel, sərgi və sərgi tətbiqləri
Müxtəlif bərpa və dekorasiya tətbiqləri
İşarə lövhə və reklam lövhələri tətbiqləri
Hava limanları, avtobus terminalları proqramlar, tünel- metro stansiyaları daxili və xarici səth tətbiqlərində və s.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->