Xəbər lenti

Yasamaldakı “avtoş” həbs olundu - VİDEO
Ölkə09:00 12.11.2014

Yasamaldakı “avtoş” həbs olundu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şadlıq evinin qarşısında “avtoş”luq edən şəxslər polis tərəfindən saxlanılıb. 

DİN-in mətbuat xidmətindən Qaynar.info-ya daxil olan xəbərdə bildirilir ki, bir neçə gün öncə elektron KİV-də və sosial şəbəkələrdə Yasamal rayonundakı "Ağçiçəyim" şadlıq sarayının ətrafında naməlum sürücünün "VAZ-2107" markallı avtomobillə avtoxuliqanlıq hərəkətləri etməsini əks etdirən videogörüntülər nümayiş etdirilib. Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, videogörüntülərdə nümayiş etdirilən avtoxuliqanlıq hərəkətlərini Bakı şəhər sakini, 21 yaşlı Əziz Əzimov özünə məxsus "VAZ-2107" markaklı avtomobillə edib. Ə.Əzimov saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə təqdim edilib. Yasamal rayon Məhkəməsinin qərarı ilə o, 15 sutka inzibati həbs və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.    

Qaynar.info