Xəbər lenti

Yaşar Vahabzadəyə daha bir vəzifə verildi
İdman06:18 10.02.2017

Yaşar Vahabzadəyə daha bir vəzifə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mayda Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına qatılacaq Azərbaycan yığmasına kimin rəhbərlik edəcəyi məlum olub.
Qaynarinfo.Az xəbər verir ki, AFFA rəhbərliyi komandanı Yaşar Vahabzadəyə tapşırmağı qərara alıb. Çalışdırıcı özü də bu məlumatı "Futbol+" qəzetinin sorğusuna cavabında təsdiqləyib.
Qaydalara görə, komandada yaşı 23-ə qədər olan futbolçular çıxış edəcək. Amma daha yaşlı 3 futbolçunun da iştirakına icazə verilir. Vahabzadə həmin 3 futbolçunu Prosineçkinin məsləhətiylə müəyyənləşdirəcəyini, yığmanın heyətini xorvatiyalı çalışdırıcı ilə görüşdən sonra formalaşdıracağını deyib.
Qaynarinfo.Az