Xəbər lenti

Yaşayış binasında yanğın: Sakinlər evakuasiya edildi
Ölkə04:59 19.04.2013

Yaşayış binasında yanğın: Sakinlər evakuasiya edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıtda yaşayış binasında yanğın olub.

Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə ötən gecə baş verib.

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 58 kv.m olan 2 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı yuxarı mərtəbələrdən 50 sakin təxliyə edilib.

Yanğın saat 04:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynar.info