Xəbər lenti

Yaşayış sahələrinin özəlləşdirilməsi qaydası müəyyənləşib
Ekonomiks14:43 26.08.2019

Yaşayış sahələrinin özəlləşdirilməsi qaydası müəyyənləşib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda yaşayış sahələrinin özəlləşdirilməsi qaydası müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.
Belə ki, Mənzil Məcəlləsinə yeni 146.4-cü maddə əlavə edilib. Yeni maddəyə əsasən, Dövlət Mənzil Fondunun bu məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir.
Qeyd edək ki, Məcəllənin 146.1-ci maddəsi belədir:  Bu Məcəllə qanuni qüvvəyə minən günədək "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.