Xəbər lenti

Yaşıl meydanlardakı məşhur dostlar
İdman08:57 05.05.2022

Yaşıl meydanlardakı məşhur dostlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol dünyada sahib olduğumuz ən məşhur idman növlərindən biri, hətta birincisidir. Futbol həm də dünyanın müxtəlif ölkələrində ən çox azarkeşə malik bir idman növüdür. Bu həm də dünya üzrə bir çox insanlar arasında dostluq münasibətləri yaradan bir idmandır. Elə yaşıl meydanlarda da bir-biri ilə möhkəm və ayrılmaz dost olan futbolçular az deyil. Onlar təkcə oynadıqları futbolla insanların zövqünü oxşamır, eyni zamanda həyatlarını ən yaxşı dostları ilə bölüşürlər.
Qaynarinfo dünya futbolunda ən yaxın dostluq münasibələri olan futbolçuların bəzilərini nəzərinizə çatdırır. 
Neymar və Dani Alveş
Hazırda PSJ-də çıxış edən braziliya millisinin hər iki üzvü həm də əla dostdurlar.
Lionel Messi və Serxio Kun Aquero
Argentina millisinin sabiq üzvü Serxio Aguero futbolçu karyerasını ürək problemlərinə görə daha erkən bitirib. Amma təbii ki, bu onunla hazırda PSJ-nin formasını geyinən Leo arasındakı möhkəm dostluğun pozulmasına səbəb ola bilməz. Onların dostluğu hələ gənc yaşlarından başlayıb.
Meyson Maunt və Deklan Rays
İngiltərə millisinin üzvlərinin də dostluğu hələ gənc yaşlarında başlayıb.
Məsut Özil və Serxio Ramos
 
Fərqli yığmaların futbolçuları olsalar da onlar bir vaxtlar İspaniyada "Real"ın formasında eyni meydançanı paylaşırdılar. Onlar əla dost idilər.
Stiven Cerrard və Xabi Alonso
Hazırda hər iki dünyaca məşhur futbolçu karyerasını bitirib. Amma buna baxmayaraq vaxtilə "Liverpul"da çıxış etmiş ispan və ingilis oyunçuların da əla dostluq münasibətləri olub.
Marko Reus və Leon Qoretzka
Marko Reus və Leon Qortezka vaxtilə Dortmund "Borussiya"sında çıxış edərkən möhkəm dost idilər. Hazırda Qortezka "Bavariya"nın formasını geyirsə, Reus hələ də "arıdır".
Dele Alli və Erik Dayer
Hər iki oyunçu İngiltərədə "Tottenhem”in formasını geyinərkən ayrılamz dostlar idi. Hazırda isə fərqli klublardadırlar, amma yenə də dostluqları davam edir. Alli "Everton"un uğurları üçün tər tökürsə, Dayer hələ də "Tottenhem"in formasını geyinir. 
Erlinq Haland və Ceydon Sanço
İngilis və norveçli futbolçuların dostluğu hələ hər ikisi Dortmund "Borussiya"sında oynayarkən başlayıb. Meydançada bir çox qələblər qazanıb, birlikdə gülüb bayram ediblər. Əla dost olan Halandla Sanço hazırda fərqli klubların formasını geyinirlər. Sanço "Mançester Yunayted"dədirsə, Haland nəhəng klublardan təkliflər gəlməsinə baxmayaraq hələ də "Borussiya"ya sadiqdir. 
Frank Riberi və David Alaba
Frank Riberi və David Alaba hələ "Bavariya"da çiyin-çiyinə oynayarkən əla dost idilər. Hazırda isə fərqli klubların formasını geyinirlər. Riberi İtaliya A Seriyasında "Salernitana"nın formasını geyinirsə, Alaba "Real"ın üzvüdür.
Messi, Neymar və Luis Suares
Bu üçlük daha çox "Barselona"da çıxış edərkən əla dostluqları ilə seçilirdi. Elə İspaniya nəhənginin hücum xəttində də əla tandem təşkil edirdilər. Bu fərqlilik onları dünyanın ən güclü hücumçuları sırasında ilk yerlərə daşıyırdı. Hazırda isə Messi ilə Neymar PSJ-də, Suares isə Madrid klubu "Atletiko"nun üzvüdür.
Səbuhi Həsənov