Xəbər lenti

Yataqxana yanır - FOTOLAR + YENİLƏNİB
Ölkə10:36 14.08.2016

Yataqxana yanır - FOTOLAR + YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Dövlət Universitetinin Mətbuat xidməti BDU-nun yataqxanasında baş verən yanğınla bağlı açıqlama yayıb.

Qaynarinfo.az həmin açıqlamanı olduğu kimi təqdim edir:

“Bu gün Bakı Dövlət Universitetinin yaşayış olmayan 8 saylı yataqxanasının 8-ci mərtəbəsində yanğın baş verib. 5 kv.m ərazini əhatə edən yanğın həmin mərtəbəyə toplanmış və istifadə edilməyən taxtaların alışması nəticəsində baş verib.

Qeyd edək ki, BDU yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin Müşfiqabad qəsəbəsində onlar üçün inşa edilmiş yaşayış kompleksinə köçürülməsindən sona yanğın baş vermiş 8 saylı yataqxanaya qaz və elektrik enerjisinin verilməsi dayandırılıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən qısa müddətdə söndürülüb, xəsarət alan yoxdur”.

******

Bakıda yataqxana binası yanır. 

Bu barədə məlumatı Qaynarinfo.Az-a hadisə şahidləri veriblər. 

Hadisə Yasamal rayonunda, BDU-nun yataqxanasında baş verib. 

Yanğın 9 mərtəbəli yataqxana binasının sonuncu mərtəbəsindən başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. 

Hazırda yanğın davam edir.

Qaynarinfo.Az