
"Müdafiə Sənayesi Nazirliyi Müdafiə Nazirliyinə birləşdiriləcək".
Bu barədə Arqument.Az-a etibarlı mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, Müdafiə Sənayesi Nazirliyinin səlahiyyətlərinin Müdafiə Nazirliyinə verilməsindən sonra bu nazirlik müstəqil qurum kimi ləğv olunacaq.
"Bu qurumun səlahiyyətlərinin Müdafiə Nazirliyinə verilməsi təbiidir. Amma nazirliklər birləşdirildikdən sonra burada ixtisarların olacağı da istisna deyil. Böyük ehtimalla Müdafiə Sənayesi Nazirliyi Müdafiə Nazirliyinin tərkibində hansısa xidmət və ya şöbə kimi fəaliyyət göstərəcək", - deyə məlumatda bildirilir.
MSN MN-ə birləşdirilməsi hökumətin islahatlarla bağlı atdığı addımların tərkib hissəsi kimi qiymətləndirilir. Belə ki, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi və ölkədə baş verən iqtisadi böhranla əlaqədar hökumətin bəzi dövlət qurumlarını birləşdirməsi qənaətcil idarəetmə mexanizminə keçidi davam edir.
Qeyd edək ki, Мüdаfiə Sənаyеsi Nаzirliyinin nəzdində "İqlim" Elmi-İstehsalat Müəssisəsi, "Avia-Aqreqat" zavodu, "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi, "Dalğa" Elmi-İstehsalat Müəssisəsi, "Alov" zavodu, aviasiya və gəmilər üçün avadanlıqlar istehsal edən iri müəssisələr, həmçinin Bakı Radioquraşdırma zavodu, "Azon", "Peyk" və EHM zavodları, "Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsi, "Telemexanika" zavodu və Bakı "Cihazqayırma" zavodu, "Avtomatik xətlər" Elmi-İstehsalat Müəssisəsi fəaliyyət göstərir.
Xatırladaq ki, Мüdаfiə Sənаyеsi Nаzirliyi Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1181 nömrəli Sərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında yaradılmışdı. Həmin vaxtdan da nazirliyə Yavər Camalov rəhbərlik edir.Qaynar.info