Xəbər lenti

Yaxın Şərqdə baş verən hadisələrlə bağlı AZAL-ın bir sıra reysi ləğv olunub
Ekonomiks15:08 16.06.2025

Yaxın Şərqdə baş verən hadisələrlə bağlı AZAL-ın bir sıra reysi ləğv olunub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün həyata keçirilməsi planlaşdırılan bəzi reysləri ləğv olunub.
Qaynarinfo AZAL-a istinadən xəbər verir ki, bunlar aşağıdakılardır:
• Bakı – Dammam – Bakı (J2 8205/8206)
• Bakı – Bəhreyn – Bakı (J2 505/506)
• Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)
• Bakı – Lahor – Bakı (J2 145/146)
Bundan əlavə, aşağıdakı istiqamətlər üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib:
• 18 iyun – 30 iyun tarixlərində Bakı – Təl-Əviv – Bakı
• 19 iyun – 30 iyun tarixlərində Bakı – Tehran – Bakı
Ləğv edilmiş və ya dayandırılmış reyslər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və yaxud biletlərin cəriməsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla bağlı sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.