Yaxın Şərqin sirli icmalarından olan Samiri yəhudiləri Fələstinin Nablus şəhərində Pesax bayramını qeyd ediblər.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Gerizm dağının ətrafında yaşayan samirilər günəşin batmasına doğru Tövratdan ayinlər oxuyub, sonda isə qurbanlar kəsərək İsrail oğullarının Misirdən çıxışını yad ediblər.
Samirilər icması kəsdikləri qurbanları uzun ağaclara keçirərək təndirlərdə bişiriblər.