Xəbər lenti

Yaxtanın qayaya çırpılması nəticəsində amerikalı ulduz öldü
İdman16:43 25.09.2016

Yaxtanın qayaya çırpılması nəticəsində amerikalı ulduz öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-da Mayami şəhəri sahilində yaxta qayaya çırpılıb.

CBS telekanalının verdiyi məlumata görə, bu gün səhər saatlarında baş verən qəza nəticəsində ABŞ Yüksək Beysbol Liqasının ulduzu Xose Fernandes də daxil olmaqla, 3 nəfər ölüb.

Sahil Mühafizə Xidmətinin əməkdaşları onların cəsədlərini sudan çıxarıblar. Yaxtada digər insanların da olduğu barədə dəqiqləşdirilməmiş məlumatlarla əlaqədar suda axtarışlar davam etdirilir.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü X.Fernandes “Mayami Marlins” komandasının üzvüdür. Artıq komanda idmançının faciəli ölümü ilə əlaqədar başsağlığı yayıb və bazar günü “Atlanta Breyvz” komandası ilə planlaşdırılmış görüşü ləğv edib.

Qaynarinfo.Az