Bu şəkildə millət vəkilləri Aydın Mirzəzadə, Hadı Rəcəbli, Xalqı yazıçısı Anar və Müdafiə Nazirliyinin keçmiş mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu, eləcə də Müharibə veteranları, əlilləri və şəhid ailələri cəmiyyətinin sədri Mehdi Mehdiyev yer alıb.
Sosial şəbəkədə yayılan və müzakirələrə səbəb olan bu foto ilə bağlı Xalq yazıçısı Anar bildirdi ki, şəkil 17 sentyabr 2013-cü ildə cəbhə xəttinin yaxınlığındakı hərbi hissələrinin birində çəkilib: “Biz vaxtaşırı olaraq cəbhə bölgəsinə gedirik, əsgərlərlə görüşürük. Bu şəkil də o görüşlərdən bir xatirədir”.
Xalq yazıçısı yaşından asılı olmayaraq, torpağı işğalda olan vətənin hər bir övladının hərbi forma geyməsinə yox, geyməməsinə qeyri-adi baxmaq lazım gəldiyini söylədi. /axar.az/